ASA: "20 mart Beynəlxalq Ağız Boşluğu Sağlamlıq Günü kimi qeyd olunacaq"
ATU-nun kafedra müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyevadan aldığımız məlumata görə, bu ildən başlayaraq 20 mart günü Beynəlxalq Ağız Boşluğu Sağlamlıq Günü (WOHD) kimi qeyd olunacaq: "Bundan öncə həmin gün hər il sentyabrın 12-də qeyd olunub. Lakin Beynəlxalq Stomatoloji Federasiyasının (FDİ) yeni qərarına görə, bu əlamətdar gün martın 20 ilə əvəzlənib".
Rəna Əliyeva onu da bildirib ki, ASA bu il FDİ tərəfindən təşkil olunacaq növbəti beynəlxaq Konqresdə də iştirak edəcək. Konqres Türkiyənin İstambul şəhərində 28-31 avqust ayında keçiriləcək. ASA prezidenti keçiriləcək konqresə bir sıra təkliflər paketi də təqdim edəcək: "ASA ölkə daxilində olduğu kimi beynəlxalq fəaliyyətini də uğurla davam etdirir. Assosiasiyamızın ali məqsədlərindən biri də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdən ibarətdir. Ölkənin satomatoloji assosiasiyası kimi biz buna nail olmuşuq. Şübhəsiz ki, bütün bu kimi uğurların arxasında Azərbaycan dövlətinin, bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğısı və dəstəyi dayanır. Biz də Onun səhiyyə işçilərinə göstərdiyi etimadını doğrultmaqdan ötrü yeni-yeni uğurlara, nailiyyətlərə imza atacağıq".
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB