"Öz ölkəsində uğur qazana bilməyən bəzi xarici "mütəxəssisləri" müxtəlif reklam tryukları vasitəsilə təbliğ edən və onların guya hər dərdə çarə etdiklərini deyərək cəmiyyəti aldadan reklamlar dayandırılacaq". Nazirlikdən SİA-ya verilən xəbərə görə, bunu Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Oqtay Şirəliyev deyib.
Azərbaycanda televiziya kanallarında, bilbordlarda xaricdən gələn həkimlərin reklamlarının yayımlanması məsələsinə toxunan nazir qeyd edib ki, Milli Məclisdə "Dərman vasitələri haqqında" qanun qəbul olunduqdan sonra dərman vasitələrinin reklamı həmin qanun çərçivəsində həyata keçirilir: "Bu xidmətlə də bağlı qanun olmalıdır. Yalnız bu halda müxtəlif ölkələrdən gələn həkimlərin insanlarımızı aldatmasının qarşısını ala bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB