Dərmanlar satışdan çıxarıldı

Son 10 ildə Azərbaycanda 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. SİA-nın məlumatına görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunub.

Hesabat deyilir ki, əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə respublikada fəaliyyət göstərən apteklərə və ya müvafiq tələbələrə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb, istifadəyə yararsız 100 minə yaxın qutuya yaxın dərman preparatı aşkar olunaraq müsadirə olunub və müvafiq qaydada məhv edilib. Son illərdə əczaçılıq sahəsində qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə