23 fevral - 5 mart tarixlərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları keçirilir. Nazirlikdən SİA-ya verilən mlumata görə, əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından t.e.n Dr. Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyət tərəfindən icra olunur. Əməliyyatlar ilə yanaşı mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq.
Bu ərəfələrdə rezident və gənc həkimlərin praktiki və teorik təcrübəsinin artırılması məqsədi ilə İzmir şəhərindən dəvət olunmuş Prof. Dr. Suat Buket tərəfindən treninq kursları keçiriləcək.
Bu gün isə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyi tərəfindən "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı VI regional elmi-praktiki konfrans keçiriləcək. Konfransda ürək-damar xəstəliklərinə dair müxtəlif mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB