Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, iki günlük iclasda İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya, informasiya texnologiyalarının qan xidməti sahəsində tətbiqi və plazmanın fraksiyalaşdırılması kimi məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, qan xidməti rəhbərlərinin 1-ci iclası İran İslam Respublikasının paytaxtı Tehranda, 2-ci iclası Türkiyənin paytaxtı Ankarada keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB