"Hazırda Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəliyinin daşıyıcısıdır. Əgər bu iki talassemiya daşıyıcısı evlənsə, onlardan 25 faizi xəstə, 25 faizi sağlam, 50 faizi isə xəstəlik daşıyıcısı kimi doğula bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov deyib. O bildirib ki, talassemiya daşıyıcıları praktik sağlam insanlardır. Ancaq bu iki daşıyıcının evlənməsi nəticəsində talassemiyalı uşağın doğula biləcəyini deyən, baş məsləhətçi vurğulayıb ki, belə uşaqların doğulmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir: "Belə ki, talassemiya daşıyıcıları nigaha girmədən öncə onlardan sağlamlıq arayışı alınmalıdır. Bundan əlavə, həmin şəxslərə həkimlər tərəfindən genetik məsləhətlər verilməlidir. Bu işlərin görülməsində ən başlıca məqsəd isə talassemiyalı xəstələrin doğulmasının qarşısını almaqdır".
D. Hümbətov həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 2270 nəfər talassemiyalı xəstə var. Baş məsləhətçinin sözlərinə görə, onların təxminən 40-50 faizinin qan komponentlərinə ehtiyacı var: "Həmin xəstələrin qan komponentləri ilə təmin olunmasında heç bir problem yoxdur. Onlar bu komponentlərlə dövlət tərəfindən təmin edilirlər".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB