"Hazırda qan tədarükü ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Çünki bu gün kifayət qədər qan ehtiyatımız var"
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev deyib.
S.Əliyevin sözlərinə görə, hazırda qan tədarükü ilə bağlı ölkədə heç bir problem yoxdur, çünki kifayət qədər qan ehtiyatı var: "Cari ildə ümumilikdə Azərbaycanın tibb müəssisələrində fəaliyyət göstərən 5 minə yaxın tibb işçisi qan verəcək. Bu da 2013-cü ildə tədarük olunan qanın 1/3 hissəsini təşkil edir".
İnstitutun rektoru onu da deyib ki, ötən il 25.9 ton qan tədarük edilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB