Bu gün səhiyyə naziri Oqtay Şirəliyev 11-19 fevral 2013-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Vilpeninin rəhbərliyi ilə gələn nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və gələcək perspektivləri müzakirə olunub.
Qonaqlar əczaçılıq sahəsində əlaqələrin inkişafı, tibb müəssisələrinin menecmenti üzrə təlimlərin təşkili və Avropa İttifaqının TWİNİNG və TAIEX təsisatlarından istifadə, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri çərçivəsində məlumat mübadiləsi, diplomdan sonrakı təkmilləşmə, birgə elmi tədqiqat işlərinin aparılması, səhiyyənin tibb müəssisələrinin və tibbi təhsil ocaqlarının birbaşa əlaqələri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, görüşdə Fransanın Azərbaycanda Fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Meniyerdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB