Səhiyyə Nazirliyinə 438 müraciət daxil olub

Səhiyyə Nazirliyinə 438 müraciət daxil olub

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2013-cü ilin yanvar ayı ərzində 438 müraciət daxil olub. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 294-ü (21 əsaslı, 149-u isə əsassız) şikayət, 118 – sorğu xarakterli, 26-sı aidiyyəti üzrə deyil, 124-ü isə cari problemlərlə bağlı olub.

Qeyd edək ki, "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə