Samuxda monitorinqlərə start verildi

Samuxda monitorinqlərə start verildi

Samux rayonunda quş qripinə qarşı monitorinqlərə başlanılıb. SİA-nın Qərb bürosunun məlumatına görə, artıq 40-dan artıq ev quşundan qan nümunələri götürülərək Göygöl rayon Zona Baytarlıq Labaratoryasına göndərilib. Rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov bildirib ki, ev quşları ilə yanaşı Kür çayı sahillərində çöl quşlarından da qan nümunələri götürülür. Monitoriniq nəticələri isə Dövlət Baytarlıq Labaratoryasının açıqlamasından sonra bəlli olacaq. Quş qripi ilə bağlı yoxlamalar 1 ay davam edəcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə