Çindən Rusiyaya donuz qripi gəlir
Ölüm təhlükəsi yaxınlaşır

Rusiya artıq Çinlə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib. Sanitar həkimər ölkəyə gələn turistləri müayinə edir, onların temperaturunu ölçürlər. Məsələ burasındadır ki, Rusiyaya qonşu ölkədə təhlükəli H1N1 virusunun kütləvi sıçrayışı baş verib. Rəsmi məlumata görə Koreya Xalq Respublikasının 4 əyalətində də virus yayılıb. Xəstəliyə yoluxanların yarısı uşaqlardır. Çində artıq iki nəfər ölüb.

Rusiya tərəfi sərhəd boyu ərazilərdə yaşayan vətəndaşlarına Çin tərəfə səfər etməməyi məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə