Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən "DİABET MƏKTƏB"-ində 17-21 dekabr tarixində şəkərli diabet xəstələri, 24-26 dekabr tarixində risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir.
SİA-nın verdiyi xəbərə görə, həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır. Təlimlərdə iştirak etmək istəyənlər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB