Dünya Səhiyyə Təşkilatının (DST) yayımladığı hesabatda varlılarla kasıbların sağlamlıqları arasındakı fərq aşkar edilib. SİA-nın məlumatına görə, "Sağlamlıqda bərabərsizlik" adlı hesabatda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı sağlamlıq fərqi müəyyən olunub.
Hesabatda qeyd olunub ki, insanların səhiyyə xidmətlərindən nə dərəcədə istifadə etməsi onların dünyanın hansı bölgəsində yaşamalarından asılıdır. Belə ki, Əfqanıstanda yaşayan hər 11 qadından birinin doğuş zamanı ölüm riski var. İrlandiyada isə bu rəqəm 17 min 800-də 1-dir. Gəlir səviyyəsi aşağı olan ölkələrdə dünyaya gələn milyonlarla körpə ishal, sarılıq, sətəlcəm kimi müalicə edilə bilən xəstəliklərə görə həyatını itirir. Statistika göstərir ki, gəlir səviyyəsi yüksək olan ölkələrdəki vətəndaşlar orta hesabla 80 il, gəlir səviyyəsi aşağı olanlar isə 57 il ömür sürürlər.
DST bildirib ki, Malavidə doğulan bir şəxs orta hesabla 47 il, bir yaponiyalı isə orta hesabla 83 il yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB