İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının sayı...

İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının sayı...

"1987-ci ildə Azərbaycanda ilk dəfə İİV infeksiyası aşkarlanan vaxtdan 2012-ci ilin 11 ayı da daxil olmaqla 3720 nəfərdə İİV infeksiyasının olduğu təsdiqlənib və onların 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri isə əcnəbidir". SİA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, bu xəstəliyə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır: "QİÇS mərhələsində olanların sayı 1098 nəfərdir. Onlardan 10-u xarici, 1082-si Azərbaycan vətəndaşıdır. İİV infeksiyasından 518 nəfər dünyasını dəyişib ki, onların da 510 nəfəri Azərbaycan vətəndaşı olub".

E. Alməmmədova qeyd edib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni İİV-ə yoluxma halı qeydə alınıb ki, onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri isə əcnəbi şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə