Dağ rayonlarının səhiyyə müəssisələri qışa hazırlaşır

Dağ rayonlarının səhiyyə müəssisələri qışa hazırlaşır

Göygöl Rayon Mərkəzi Xəstəxanasında qışa hazırlıq tədbirlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin səhiyyə müəssisəsinin baş həkiminin müavini Eldar Muradova istinadən verdiyi məlumata əsasən xəstəxanada ilk növbədə sanitar avtomobillər hazır vəziyyətə gətrilib. Bundan əlavə xəstəxana istilik sistemi ilə tam təmin edilib.

Rayondan kənar həkim və tibb məntəqələrinə gəlincə bu istiqamətdə də Səhiyyə Nazirliyinin göstərişi ilə nəzərdə tutulan tədbirlər planı tam icra olunub. Dağıl ərazilərdə yerləşən həkim və ya tibb məntəqələri nəzərdə tuutlan təlimata uyğun olaraq spesifik qayda da tibbi avadanlıqla təchiz olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə