Ağdaşdan 22 tibb işçisi Ankaraya gedib

Ağdaşdan 22 tibb işçisi Ankaraya gedib

Səhiyyə işçiləri ixsisasartırma kurslarında iştirak etmək üçün Türkiyəyə yola düşüb

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının həkimləri və orta tibb işçiləri ixtisasartırma kurslarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

Ötən il oktyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə əhalinin istifadəsinə verilən yeni tibb ocağının daha 12 həkimi və 10 orta tibb işçisi peşə bacarığını artırmaq məqsədilə bu günlərdə Türkiyənin Ankara şəhərindəki müxtəlif xəstəxanalarda təkmilləşdirmə kurslarına göndərilib. Cərrahiyyə, reanimasiya, mama-ginekologiya və təcili yardım sahələri üzrə çalışan tibb işçiləri dekabrın 15-də Ağdaşa qayıdacaqlar.

Xatırladaq ki, son iki ildə Türkiyə və Latviyada keçirilən ixtisasartırma kurslarına Ağdaş rayonundan ümumilikdə 53 səhiyyə işçisi göndərilib. Onlardan 36-sı həkim, 17-si orta tibb işçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə