Peyvəndlərin sayı artacaq

"Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı 10-a çatdırılacaq". SİA-nın verdiyi xəbərə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında belə bildirib.

O bildirib ki, Azərbaycanın peyvənd proqramını həyata keçirməsi istiqamətindəki fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənir: "Ümumilikdə Azərbaycanda peyvəndləmə işi 98 faiz həyata keçirilir. Hazırda Azərbaycanda 6-7 növ infeksiyaya qarşı peyvəndləmə həyata keçirilir. Bu ildən başlayaraq peyvəndlərin sayı 10-a çatdırılacaq. Bu da ÜST tərəfindən qəbul olunmuş haldır. Hazırda Azərbaycanda 6-7 növ infeksiyaya qarşı peyvəndləmə həyata keçirilir".

Elsevər Ağayev istifadə olunan peyvəndlərin keyfiyyətinin aşağı olması barəsində yaranan narahatlıqla bağı məlumat verib. O bildirib ki, ola bilər ki, Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıq olsun: "Amma bu peyvəndlər ÜST-ün qəbul etdiyi istehsalçıların peyvəndləridir. Yəni, ÜST-ün standartlarına uyğun gəlməyən peyvəndlər Azərbaycana daxil olmur. Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır, eyni zamanda, müxtəlif fondlar, o cümlədən Rastropoviç-Vişnevskaya Fondu tərəfindən peyvəndləmə işləri həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə