Bu günlərdə bir sıra mətbu orqanlarında "Səhiyyə Nazirliyinin müdhiş maxinasiyası" başlığı altında yazı dərc olunmuşdur. Cəfəngiyatla dolu olan bu yazıda bildirilir ki, guya Səhiyyə Nazirliyi Heydər Əliyev Fondu adından istifadə edərək özəl klinikalara üz tutan xəstələrdən pul tələb edir.
SİA Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ münasibət öyrənib. Nazirliyin sözçüsü əsassız məqaləni dərc edən mətbu orqanının diqqətinə çatdırıb ki, respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinin Səhiyyə Nazirliyinə heç bir tabeçiliyi yoxdur. Səhiyyə Nazirliyinin tibb müəssisələrindən nəinki əlavə pul tələb etmək, hətta orada tətbiq olunan tarif qiymətlərinə də müdaxilə etmək hüququ yoxdur. Bu baxımdan da dərc olunan və heç bir fakta əsaslanmayan məqalədə uydurulmuş "faktları" absurd və müəllifin təfəkkürünün nəticəsi kimi dəyərləndirir. Buna əsas olaraq belə bir faktı qeyd etmək olar ki, məqalədə peşəkar jurnalistikanın tələb etdiyi kimi deyilənləri sübut etmək üçün heç bir konkret fakt gətirilmir, klinikanın adı hallanmır.
"Tam məsuliyyətlə qeyd etmək istərdik ki, bu günə kimi Səhiyyə Nazirliyi nəyinki Heydər Əliyev Fondu adından, ümumiyyətlə hər hansı digər bir qurumun və ya şəxsin adından heç kimdən və heç yerdən pul tələb etməyib. Bu səpkidə məqalələri dərc etdirən mətbu orqanlarına müraciət edərək israrla bir daha tələb edirik ki, bu kimi tənqidi və məzəmmət edici yazıları dərc etməzdən öncə Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlanılsın və peşəkar jurnalistika mövqeyinə uyğun qaydada məlumat dəqiqləşdirilsin. Bütün tərəflərin mövqeyi öyrənilmədən, dəqiqləşdirilmə aparılmadan və əksər hallarda konkret fakt göstərilmədən dərc olunan bu tip yazılar səhiyyə sektorunda görülən işlər və həyata keçirilən layihələrə, habelə bütün tibb mütəxəssislərinin fəaliyyətinə və nüfuzuna xələl gətirir", - deyə açıqlamada deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB