Dəyişən texnologiyalar və molekulyar biologiya TƏDBİR

Dəyişən texnologiyalar və molekulyar biologiya TƏDBİR

"Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya" adlı dəyirmi masa bu gün öz fəaliyyətinə başlayıb. Dəyirmi masaya rəhbərliyi Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov edib. Müzakirələrdə bir sıra yerli və xarici elm nümayəndələri öz nəzəri bilikəri və təcrübələri haqqında məlumat verib. Müzakirələrdə iştirakçılar müasir tibb elminin tendensiyaları və tibb sahəsində istifadə olunan innovativ texnologiyalar mövzusuna toxunublar.

Qalib Qarayev, professor, elmi xadim, Tibb Universitetində elmi-təqdiqat mərkəzinin rəhbəri:

- İndiki dəyirmi masada müzakirə olunan mövzular son dərəcə maraqlı və əhəmiyyətlidir. Forum bir ilkə imza ataraq həm bioloqları, həm də həkimləri bir araya gətirdi. Əlbəttə xaricilərin də çıxışları çox maraqlı idi. Bizim alimlərin də elmi bilikləri heç də xarici alimlərdən geri qalmır. Hətta, bəzi məsələlərdə bizim alimlərin onlardan da artıq məlumatları var. Onu da qeyd edim ki, cənab Prezident tərəfindən yaradılan Elmi İnkişaf Fondu Azərbaycanda elmin inkişafına çox böyük təkanlar verir. Elmdə olan maliyyə çətinliklərini aradan qaldırır.

Surxay Musayev, əməkdar elm xadimi, professor, Tibb Universiteti:

- Mən artıq 2-ci dəfədir ki, bu forumda iştirak edirəm. Bu forumların çox böyük əhəmiyyəti var. Öz sahəsinin mütəxəssisi olan insanların Bakıya gəlməsi, öz mühazirələri ilə çıxış etməsi çox təqdirə layiq haldır. Hesab edirəm ki, bugünkü çıxışlar tibb elminə, təbabətə və bizim fəaliyyətimizə çox müsbət təsir göstərəcəkdir.

Yusif Hacıyev, Assistant professor, Tibb Universiteti:

- 2-ci Beynəlxalq Humanitar Forumun iştirakçısı olmaqdan məmnunluq duyuram. Bu qədər "Nobel" mükafatçısının bir yerdə olması çox nadir görülən haldır. Azərbaycanın mövqeyindən çıxış edərək qeyd edə bilərək ki, hazırki müzakirələr tibb sahəsində olan yeni innovasiyalar və texnologiyalar haqqında məlumat əldə etmək baxımından hədsiz əhəmiyyətlidir. İnanıram ki, yaxın gələcəkdə dünyanın aktiv olan araşdırma labaratoriyaları Azərbaycanda da qurulmağa başlanacaqdır.

Le Gyun Mın, Koreya Respublikasından olan iştirakcı:

- Bu mənim Azərbaycana olan birinci səfərimdir. Bakının çox gözəl şəhər olduğunun şahidi oldum. Bakıda olan muasir tikililər ölkənizin çox sürətli inkişaf etməsinə işarə edir. Baki Bəynəlxalq Humanitar Forumunun vacibliyini də vurğulamaq istərdim. Azərbaycan müxtəlif ölkərdən olan elm nümayəndələrinin və siyasətçilərin bir araya toplaşmasına şərait yaradib. Forumda baş tuta biləcək muftəlif əməkdaşlıqlar isə hər bir cəmiyyətin inkisafina böyük töhvələr vərə bilər.

Alfredo May, Bəynəlxalq Səhiyyə Xidmətləri Mərkəzinin Sədri, Argentina nümayəndəsi:

- Bu foruma Azərbaycanın Argentinadaki Səfirliyi tərəfindən dəvət olunduğum üçün cox sevinirəm. Mən Buenos Ayresdə yerləşən Beynəlxalq Səhiyyə Xidmələri Mərkəzinin sədriyəm. Deyə bilərəm ki, sizin səfirliyiniz Argentinada çox önəmli işlər görür. Çox qısa müddət – 2 il oncə fəaliyyətə başlamasına baxmayaraq səfirliyiniz argentinalılara Azərbaycanı layiqincə tanıtmağa müvəffəq olmuşudur. Bundan oncə argentinalıların Azərbaycan haqqında, hətta onun harada yerləşməsi haqqında məlumatları yox idi. Bu forumda mən səhiyyə ilə bağli dəyirmi masada istirak edirəm və muzakirə əsnasında Azərbaycandan və digər ölkələrdən olan həmkarlarımdan dəyərli məlumatlar əldə etməkdəyəm.

Adel Mahmoud, Princeton Universitetinin professoru, Amerika Birləşmiş Ştatları:

- Belə bir forumun təşkili çox vacib bir hadisədir. Çunki, muxtəlif peşəyə sahib insanlar bir araya gələrək təkcə Azərbaycanın gələcəyi uçun deyil, həm də dünya ictimaiyyəti üçun önəmli ola biləcək müzakirələrdə iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня