Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər: beynəlxalq təcrübə" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov ÜST və Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə İSİM tərəfindən 2011-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqatın əhəmiyyəti və bu tədqiqatın keçirilməsi zərurəti barədə məlumat verib. Həmçinin tədqiqat zamanı maraqlı nəticələrin əldə olunduğunu bildirib.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova "Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk faktorlarının yayılması" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanda ölüm hallarının 80%-nin əsas 4 QİX-lə bağlı olduğunu və ÜST-ün hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-lərin payına düşdüyün nəzərə çatdırıb.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Azərbaycanda Gənclər arasında Tütündən istifadənin Qlobal Tədqiqatı (GYTS) haqqında məlumat verib. Daha sonra iştirakçılar keçirilmiş tədqiqat və nəticələri ilə bağlı öz fikirlərini söyləyiblər. Müzakirələr zamanı bir daha səhiyyə kommunikasiyasının inkişafı və əhalinin sağlamlığında rolu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB