İcbari tibbi sığorta nə vaxt tətbiq olunacaq?

İcbari tibbi sığorta nə vaxt tətbiq olunacaq?

Azərbaycan səhiyyə sisteminin dünya səhiyyə sisteminə inteqrasiyasını təmin etmək üçün icbari tibbi sığortanın tətbiqi vacibdir. SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta yaxın zamanlarda tətbiq ediləcək. Onun sözlərinə görə, həm profilaktika, həm əhaliyə keyfiyyətli tibbi yardım, həm də səhiyyənin maliyyələşdirilməsi prinsipinin dəyişdirilməsi baxımından icbari tibbi sığortanın əhəmiyyəti çox böyükdür.

"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsi ilə Səhiyyə Nazirliyi məşğul olmur. 2008-ci ildən bu iş Nazirlər Kabinetinin nəzdində yaradılmış İcbari Tibbi Sığorta Agentliyi məşğul olur. Bu sahədə işlər davam edir. Güman edirəm ki, yaxın zamanlarda Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə