Sabah paytaxtda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb (Beauty Azerbaijan-2012) sərgisi açılacaq. SİA-nın xəbərinə görə, sərgi ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən İteca Caspian şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə dünyanın 16 ölkəsindən 107-ə yaxın şirkət iştirak edəcək. Bundan əlavə sərgidə tibbi məhsul və xidmətlər, tibb sahəsinin bütün müxtəlifliyi nümayiş etdiriləcək: "Tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik və bir sıra digər məhsullar nümayiş etdiriləcək. İştirakçılar öz stendlərində səhiyyə sahəsinin ən son nailiyyətlərini - yüksək texnologiyalı diaqnostika və müalicə üsullarını, səmərəli texnologiya və xidmətləri, habelə tibbi texnikanı sərgiləyəcək. Beləliklə, builki sərgi əməkdaşlıq perspektivlərinin müzakirəsi və tibb sahəsində mövcud təmayül və texnologiyaların səhiyyə sistemi mütəxəssislərinin geniş dairəsinə nümayiş etdirilməsi üçün faydalı meydançaya çevriləcək".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, "BIHE" sərgisi dövlət təşkilatları, tibbi avadanlıq və məmulat istehsalçılarının nümayəndələri, hazırda fəaliyyət göstərən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yeridir. Onun sözlərinə görə, ilbəil sərgiyə qatılan ölkələrin və şirkətlərin sayı artır: "Sərgidə tibbi avadanlıqların, tanınmış klinikalarla tanışlıq Azərbaycanın həm dövlət, həm də özəl səhiyyə sektoru üçün çox maraqlıdır. Belə sərgilərdə Azərbaycanlı mütəxəssislər yeni texnologiyalarla tanış olurlar. Ölkədə hər il keçirilən bu sərgiyə marağın və iştirakçıların sayının artması səhiyyənin inkişafından xəbər verir".
Qeyd edək ki, "BIHE" sərgisi ilə yanaşı, həmin tarixlərdə, yəni sentyabr ayının 27-dən 29-dək 7-ci Azərbaycan Beynəlxalq "Stomatologiya" Sərgisi və 6-cı Azərbaycan Beynəlxalq "Gözəllik və estetik tibb" Sərgisi "Beauty Azerbaijan-2012" keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB