Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezidentə məlumat verib ki, poliklinikanın 1970-ci illərdə inşa olunan birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Binanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb.
Poliklinikada cərrah, uşaq nevropatoloji, peyvənd, prosedur, filtr boks, uşaq həkimi, diş həkimi, qulaq-burun-boğaz, terapevt, nevropatoloq, oftalmologiya, ginekologiya kabinetləri, laboratoriya, rentgen və idarəetmə otaqları fəaliyyət göstərir. Otaqlar müasir tibb avadanlığı ilə təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB