Ölüm hallarında ilk 5 yeri qeyri-infeksion xəstəliklər tutur MÜSAHİBƏ

Ölüm hallarında ilk 5 yeri qeyri-infeksion xəstəliklər tutur MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Töhfə Cəmilovanın SİA-ya müsahibəsi

- Bu gün dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət necədir?

- Qeyri-infeksion xəstəliklər dünya səviyyəsində qlobal epidemiyaya çevrilib. Artıq dünya üzrə ölüm hallarının 60 %-i məhz qeyri-infeksion xəstəliklərin payına düşür. deyib. Qeyri-infeksion xəstəliklər dedikdə 5 növ xəstəliklərə ürək-damar, yeni törəmələr, xroniki tənəffüs xəstəlikləri, şəkərli diabet və zədələnmələr daxildir. Avropada ölüm hallarının 86%-i, xəstəlik yükünün 77%-i isə məhz qeyri-infeksion xəstəliklər təşkil edir. Eyni tendensiya Azərbaycanda da müşahidə olunur. Dövlət Statisika Komitəsinin məlumatına görə, ölüm hallarının əsas səbəbləri arasında ilk 5 yeri qeyri-infeksion xəstəliklər tutur. Xəstələnmə hallarında da onların əksəriyyəti təşkil edir.

- Qeyri-infeksion xəstəliklərlə mübarizə necə aparılmalıdır?

- Qeyri-infeksion xəstəliklərlə mübarizə hər bir inkişaf etmiş ölkələrdə, Avropa regionunda genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda da bu tədbirlər həyata keçirilməlidir. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatının öz töhfələri var. 2015-ci ilə kimi bütün bu tədbirlərin başa çatdırılması gözlənilir.

Qeyri-infeksion xətəliklərlə mübarizədə ilk öncə onların risk faktorlarını, əmələgəlmə səbəblərini araşdırıb onlara qarşı tədbirlər görməliyik. Bu risk faktorları isə davranış və bioloji olur. Davranış risk faktorlarından danışanda bura tütünçəkmə, tütündən, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik daxildir. İndiki zamanda bu istənilən cəmiyyət üçün böyük bir problemdir. Bioloji risk amillərinə isə qan təzyiqi, qanda şəkərin miqdarının artması daxildir. Bu risk faktorlarına qaşrı tədbirlər görülsə nəticədə qeyri-infeksion xəstəliklərinin xəstələnmə halları, onların fəsadlaşması və ölüm hallarını da azaltmaq mümkün olacaq.

- Azərbaycanda ölüm halları qeyri-infeksion xəstəliklərdən daha çox hansında qeydə alınır?

- Bunlara əsasən ürək-damar, qan dövranı xəstəlikləri daxildir. Bütün inkişaf etmiş ölkələrdən bunlar birinci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə