Hər il olduğu kimi, bu il də bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev deyib ki, avqustun 20-də 25 nəfər artıq müalicəyə yola salınıb. Onun sözlərinə görə, avqustun 26-da isə 30 nəfər əlil Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınacaq.
"Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisədir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Orada aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır. Müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır", - deyə o əlavə edib.
Bolqarıstan Respublikası ilə müvafiq razılaşmaya əsasən, hazırda 30 nəfər əlil həmvətənimizin həmin ölkədə müalicə olunduğunu deyən Asəf Əliyev qeyd edib ki, dayaq-hərəkət sistemi zədələnmiş daha 100 nəfərədək əlil vətəndaşın isə Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsi təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB