Pendirdən brusellyoza yoluxanlar var

2012-ci ilin müvafiq dövrü ərzində ölkə ərazisində 200-ə yaxın insan brusellyoza yoluxub. Ötən il bu rəqəm 600-ə yaxın olub. Respublika taun əleyhinə stansiyadan verilən məlumata görə insanlar arasında brusellyoza yoluxma əsasən kustar üsulla hazırlanan pendirləri qəbul etdikdən sonra baş verir.

Əsasən də şit pendirlər bu xəstəliyin sürətlə yayılmasına səbəb olur. Respublika baytarlıq xidməti isə öz növbəsində brusellyoz xəstəliyinin yayılmasının qarşısını almaq üçün mütəmadi olaraq heyvnlar arasında vaksinasiya işləri aparır. Təkcə bu il ərzində 4 milyon 600 min heyvan brusellyoza qarşı peyvənd olunub.

"Biz 2009-başladıq o vaxt İspaniya istehsalı olan bir peyvənd vardı ki, biz oun əldə edə bilmədik. Bu il isə onu almışıq göz damcısı peyvəndidi. 2 il müddətinə saxlayır öz qüvəəsini. Bu il 1,5 milyon heyvan həmin peyvəndə vaksinasi olunub" – deyə Respublika Baytarlıq Xidmətinin sektor müdiri Kliment Əsədov bildirib.

Mütəxəssis deyir ki, brusellyoza yoluxma heyvanla təmas zamanı və onların balasalma vaxtında baş verir. Çünki bala salma dövründə ətrafdakı sular mikrobla çirklənir və heyvanlar mikrobla çirklənmiş sudan içib bu xəstəliyə tutulur. Ən çox isə qoyunlar arasında rast gəlinir. Səsəbsə qoyunların sürü halında gəzməsi və eyni yerdən su içməsidir.

"İndi vaksinasiya olunub hansı ki, yaşları çatmayanlar vardı onlar da bu il olunacaq və 4 ildən sonra bir də ümumiləşmiş şəkildə vaksinasi olacaq" – deyə Kliment Əsədov əlavə edib.

Qeyd edək ki, brusellyoz xroniki xəstəlikdir və bu xəstəliyin inkişafı 20 günə qədər çəkə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə