1 aya 391 müraciət

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin iyun ayı ərzində 391 müraciət daxil olub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, daxil olan müraciətlərin 235-i (41-i əsaslı, 194-ü isə əsassız) şikayət, 78-i sorğu xarakterli, 8-i aidiyyəti üzrə deyil, 70-i isə cari problemlərlə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə