Günvurma yoxsa suda boğulma?

İstirahət günlərində 2 nəfər günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. SİA-nın xəbərinə görə, stansiyanın baş həkim müavini Zemfira Vahabova deyib ki, müraciət edənlər 9 yaşlı qız və 43 yaşlı qadın olub. Onların hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun sözlərinə görə, indiyədək paytaxtda 103 nəfəri gün vurub və onların 30-u xəstəxanaya yerləşdirilib.

Z.Vahabova əlavə edib ki, şənbə və bazar günləri ərzində 6 suda boğulma hadisəsi baş verib və nəticədə 2 yeniyetmə suda bataraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə