Həkimlərimiz Almaniyaya göndəriləcək

Həkimlərimiz Almaniyaya göndəriləcək

Səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə bu il ərzində Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.

Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə) 9 avqust 2012-ci il tarixindən 9 sentyabr 2012-ci il tarixinədək Səhiyyə Nazirliyinə (111 nömrəli otaq) müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə