Azərbaycanlı əlildən SENSASİYA

"Əlilliyi olan gənc fəallar – İnklüziv təhsil uğrunda!" adlı layihə çərçivəsində sensasiya bir hadisə ilə bağlı mətbuat konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, həmin layihənin fəallarından biri, 2012-ci ildə Belarus Respublikasında keçirilən əlil arabasında idman rəqsi üzrə Açıq Çempionatın bürünc mükafatçısı Kamal Məmmədov 28 iyul tarixində Minskdə 3500 metr hündürlükdən paraşütla atlanaraq əlillər haqqında olan yanlış fikirlərə (stereotiplərə) çağırış elan edib.

Bu adi bir atlanma yox, yeni bir beynəlxalq layihə çərçivəsində həyata keçirilən aksiyadır. Tədbirdə paraşütla atlamanın fotoşəkilləri və videodiskləri paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə