"Xəstəlik başlayanda müalicə üsulları ilə onu dəf etmək lazımdır” - HƏKİM İZAH ETDİ
Havaların kəskin soyuması bir çox insanlarda üşütmə, titrəmə halını artırıb. Üşütmə və titrəmə insan bədəninin temperatur dəyişkənliyinə və ya daxili problemlərə reaksiyasıdır. Bu hallar çox vaxt bədənin qorunma mexanizması kimi ortaya çıxır. Bu kimi halların səbəbini aydınlaşdırmaq üçün həkim Rasif Bağırova müraciət etdik.
Rasif Bağırov SİA-ya açıqlamasında bildirib: “Xəstə bədən müqavimətini, özünü qorumalıdır. Qidalanması zəif olur, əsəb sistemində problem olur gecə yaxşı yatmır, işi çox olur və nəticədə bədən müqaviməti düşür. Bu halda infeksiyanın bədəndə inkişafı üçün hərtərəfli şərait yaranır. Bəzən olur ki bədənin özündə olan amma aktiv olmayan mikroorqanizimlər inkişaf edir. Bəzən elə də olur ki, həmin proseslər müxtəlif gəzən viruslara yoluxma nəticəsində başlayır. Virusa yoluxanda insan hələki inkubasiya dövründə heçnə hiss etmir. O dövr bitib mikroblar bakterial fazaya keçəndə görürsən ki, xəstədə titrətmələr başlayır. Bəzi orqanlarda soyuqdəymə olur amma titrətmə olmur. Amma bəziləri elə olur ki, yayın lap isti vaxtlarında xəstələrdə titrətmə halları baş verir. El arasında bunu “qan azlığı” kimi də adlandırırlar.
Unutmayaq ki, belə hallar insanın özünü qorumaması və bədən müqavimətinin aşağı düşməsi nəticəsində yaranır. Çünki mikroorqanizm orqanizmə daxil olanda orqanizim onunla mübarizə aparmağa başlayır. O mikroorqanizmdən adi hallarda insan orqanizmində var. Sadəcə olaraq bədənə daxil olan mikrobun gücü insanın bədən müqavimətindən yüksək olanda mütləq xəstəlik baş qaldırır. Təbii ki, xəstəlik başlayanda müvafiq müalicə üsulları ilə onu dəf etmək lazımdır”.
Ülkər Rəhmanqızı
Bütün xəbərlər Facebook səhifəmizdə