Bakıda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində, şərti olaraq “Südçülük sovxozu” adlanan ərazidə 1990-cı il təvəllüdlü Məlikov Loğman Arzu oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə