32 yaşlı kişi bıçaqlanıb - BAKIDA

7 Sentyabr 2022 06:15 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində, şərti olaraq “Südçülük sovxozu” adlanan ərazidə 1990-cı il təvəllüdlü Məlikov Loğman Arzu oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.