İki nəfəri vuran sürücü hadisə yerindən qaçıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, Allahverdiyev Raul Aqil oğlu və Məmmədov Emil yolu piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçiblər.

Bu zaman onları avtomobil vurub.

Sürücü isə idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə ərazidən uzaqlaşıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...