Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb. SİA xəbər verir ki, nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.
Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.
Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB