Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinə ADY QSC-nin Şabran rayonunun Sarvan stansiyasından oğurluq edilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şöbhəli bilinən rayon sakini Saday İsmayılov saxlanılıb.

Aparılan araşdırmalar zamanı həmin şəxsin stansiya ərazsində olan daş hasarın üzərinə çəkilmiş çuqun barmaqlıqları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə