Zəlzələ baş verib 6,3 BAL GÜCÜNDƏ

ABŞ-ın Alyaska ştatı sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 5.17-də qeydə alınıb. Yeraltı təkanların episentri Unalaşka şəhərindən 87 kilometr cənubda yerləşib. Ocaq isə 3 kilometr dərinlikdə olub.

Xatırladaq ki, mümkün tələfat və dağıntılar barədə məlumat daxil olmayıb və sunami təhlükəsi də hələlik elan edilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə