Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.
SİA xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:
“Həmin sərnişin “28 May” stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB