Yaşlı kişi metroda öldü

9 Dekabr 2021 09:31 (UTC+04:00)

Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.

SİA xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:

“Həmin sərnişin “28 May” stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.