Qaz kəmərində baş verən yanğın söndürülüb

“Tehranın Şahabad bölgəsində qaz kəmərində baş verən yanğın 3 mindən çox paytaxt sakinini qazsız qoyub”.

SİA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran şəhər üzrə qaz şirkətinin sözçüsü Əmirhüseyn Cavidan deyib.

O bildirib ki, yanğın söndürülüb: “Qaz kəmərinin təmir olunması üçün işlər davam etdirilir və yaxın 2-3 saat ərzində qazın verilməsi bərpa olunacaq”.

Ə.Cavidan qeyd edib ki, yanğın zamanı xəsarət alan olmayıb.

***

20:22

İranın paytaxtı Tehranda qaz kəmərində güclü yanğın baş verib.

SİA-nın Tehran bürosunun məlumatına görə, hadisə Tehranın Şadabad meydanında baş verib.

Məlumata görə, yanğına qaz kəmərinin yaxınlığında aparılan qazıntı səbəb olub.

Qazıntı zamanı qaz kəmərinin zədələndiyi bildirilib.

Məlumatda yanğının söndürülməsi üçün işlərin aparıldığı bildirilir. Xəsarət alanların olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...