Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə metronun Əhmədli stansiyasının yaxınlığında qeydə alınıb.
1983-cü il təvəllüdlü Süleymanov Zahid İslam oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı onun qol və ayaq nahiyyəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə