Bakı sakini dava zamanı iki bıçaq zərbəsi alıb

1 Dekabr 2021 04:18 (UTC+04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə metronun Əhmədli stansiyasının yaxınlığında qeydə alınıb.

1983-cü il təvəllüdlü Süleymanov Zahid İslam oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı onun qol və ayaq nahiyyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.