Rusiyada ağır yol qəzasında 3 qadın ölüb...

... 2 nəfər isə yaralanıb

Rusiyada “SCANIA” markalı yük maşını ilə “VAZ-2112” markalı minik avtomobili toqquşub.

SİA “bashinform”a istinadən xəbər verir ki, hadisə günort saat 5 radələrində Başqırdıstan Respublikasının ərazisindən keçən M5 “Ural” magistralının 1335-ci kilometrliyində baş verib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində minik avtomobilində arxa oturacaqda əyləşən 58, 55 və 33 yaşlarında olan 3 qadın hadisə yerində dünyasını dəyişib.

35 yaşlı sürücü və 38 yaşlı qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə