14 yaşlı qatil 5 yaşlı uşağı öldürüb - FOTO

Böyük Britaniyanın Uels şəhərində 14 yaşlı bir uşaq çay kənarında cəsəd tapıldıqdan sonra günahkar elan edilib. Cəsədin 5 yaşlı Loqan Mvanqinin olduğu ortaya çıxıb. SİA xarici mətbuata istinadən bildirir ki, Cənubi Uels polisi Oqmor çayında tapılan 5 yaşlı Loqna Mvanqinin qatilinin 14 yaşlı bir gənc olduğunu açıqlayıb.

Qatilin əvvəllər də ədalət mühakiməsini pozmaqda günahkar olduğu bildirilib. Anası və ögey atası da Mvanqi cinayəti ilə əlaqədar ittiham olunub. İyulun 31-də saat 17:45-də itkin düşən 5 yaşlı Loqanın cəsədi elə həmin gün Oqmor çayından çıxarılıb. Polis evi çaya çox yaxın olan 14 yaşlı yeniyetməni Loqanın qatili olaraq təyin edib.

Dostları və ailəsi tərəfindən "çox şirin və ağıllı" kimi təsvir edilən Loqan böyük kədərlə xatırlanıb.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə