7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Masallıda evdən 7 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərkivan qəsəbə sakini Faiq Abdinov idarə etdiyi avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda, ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Abdinovun yaşadığı evə keçirilən baxış zamanı oradan 6 kiloqramdan artıq heroin, 1 kiloqram 450 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə