Mayın 24-nə keçən gecə Bakı şəhər sakini Səkinə Bədirovaya məxsus R.Rüstəm küçəsində yerləşən tədris mərkəzindən qapını sındırma yolu ilə 350 manat, 2 ədəd kompyuter və 1 ədəd prosessor oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Keşlə qəsəbə sakini Arif Əliyev mayın 25-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB