Tədris mərkəzindən oğurluq edən şəxs tutulub

26 May 2011 12:12 (UTC+04:00)

Mayın 24-nə keçən gecə Bakı şəhər sakini Səkinə Bədirovaya məxsus R.Rüstəm küçəsində yerləşən tədris mərkəzindən qapını sındırma yolu ilə 350 manat, 2 ədəd kompyuter və 1 ədəd prosessor oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Keşlə qəsəbə sakini Arif Əliyev mayın 25-də yaxalanıb.