Suraxanıda "VAZ" yanıb
Bakı şəhərinin Suraxanı rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin sol tərəfi qarsalanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə