Suraxanıda "VAZ" yanıb
3 Aprel 2021 09:04 (UTC+04:00)
Bakı şəhərinin Suraxanı rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin sol tərəfi qarsalanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.