Şəmkirdə yeniyetmə binadan yıxılıb

Şəmkirdə yeniyetmə qız iki mərtəbəli binadan yıxılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Sabirkənd kəndində baş verib. 2005-ci il təvəllüdü M.H. yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb.

Yeniyetmə ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Hazırda vəziyyəti orta ağırdır. 16 yaşlı yeniyetmənin bədənində qırıqlar olduğu deyilir.

Faktla bağlı polisə məlumat verilib. Araşdırmalara başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə